1 Eylül 2010 Çarşamba

İsmayıllı rayonu

İsmayıllı rayonu 1931-ci ilin noyabr ayının 24-də yaradılmışdır. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş qısa müddətdən   sonra  İsmayıllı kəndinə   köçürülmüşdür.Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi  Göyçay qəzasının, bir   hissəsi   Şamaxı   qəzasının,   kiçik bir  hissəsi    isə Şəki qəzasının tərkibində olub. Rayonun ərazisinin zəngin tarixi keçmişi vardır.Ərazidə olan tarixi abidələr və tarixi keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri bunu təstiq edir.Rayonun ərazisi uzun müddət erazmızdan əvvəl IV əsrin sonu eramızdan əvvəl III əsrin əvvələrində yaranmış Albaniya   dövlətinin   tərkibində  olmuşdur.
VII əsrin əvvəllərində Albaniyanın Girdiman  vilayətində Sabir   türklərinin   nəslindən olan Mehranilər knyazlıqlarını yaratmışlar.Görkəmli dövlət xadimi və sərkərdə olan Cavanşir (642-682) -də bu nəsildən idi.Rayonun ərazisində talıstan kəndində 4 km şimalda,Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur.
  Rayonun ərazisi 2074 kv km-dir. Rayon şimaldan Quba, şərqdən Şamaxı, cənub-şərqdən Ağsu, cənubdan Kürdəmir, cənub-qərbdən Göyçay və qərbdən Qəbələ rayonları ilə həmsərhəddir.
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 106 kənd var. Bu yaşayış məntəqələri 34 ərazi nümayəndəliyi və 67
 bələdiyyə vasitəsilə idarə olunur. Əhalisi 77899 nəfərdir (1 Aprel 2007-ci il). Əhalinin 84,4 %-i azərbaycanlılardan, 15,2 %-i ləzgilərdən, ruslardan və digər xalqların nümayəndələrindən ibarətdir. Rayonun relyefi əsasən dağlıqdır. Yer səthinin hündürlüyü dəniz səviyyəsindən 200 m-dən 3629 m-dək (Babadağ) dəyişir. Ərazidə Göyçay, Girdiman, Axox, Əyriçay, Sulut və s. çaylar, Yekəxana və Aşıqbayram süni sututarları mövcuddur. Rayonun cəmi torpaq fondu 215875 hektar, bundan 22058 hektarı qış, 13555 hektarı yay otlağıdır. Kənd təsərrüfatının istifadəsində olan torpaqlar 96630 hektar, o cümlədən yararlı sahə 36463 hektardır.
Ərazisinin 66799 hektarı meşə örtüyündən ibarətdir. Rayonda İsmayıllı Dövlət Qoruğu fəaliyyət göstərir. Rayon ərazisinin bir hissəsi Şahdağ Milli Parkına daxil edilmişdir.
Rayonun təbiəti çox zəngindir. Meşələri palıd, şabalıdyarpaq palıd, vələs, fısdıq, qızılağac, ağcaqayın, qovaq, quşarmudu, dəndə, cökə və s. ağaclardan ibarətdir. Burada dağkəli, dağkeçisi, köpkər, maral, cüyür, ayı, qaban, vaşaq, tülkü, canavar, dələ, yenot, meşə pişiyi, qırqovul, kəklik, qartal, şahin, tetra, ular və s. heyvan və quşlar geniş yayılmışdır. 
Rayonun bir sıra yaşayış məntəqələri, xüsusilə Lahıc və Basqal qəsəbələri, İvanovka, Qalacıq, Talıstan, Diyallı kəndləri özünün qədim tarixi və əsrarəngiz gözəlliyi ilə fərqlənir. Lahıc və Basqal tarix və mədəniyyət qoruqları elan edilmişdir.
Rayon ərazisində bir çox qədim tarixə malik abidələr var.
Hazırda rayonda turizmin inkişaf etdirilməsi məqsədilə geniş tədbirlər həyata keçirilir.
İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır. İsmayıllı  kənd təsərrüfatında özünəməxsusyeri olan bir rayondur. 1970-ci illərə qədər bütün sahələrdə geridə qalan rayon həmin dövrdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində coşqun inkişaf yolu keçmişdir. Müdrik rəhbərin 3 dəfə rayona gəlməsi (1981-ci ilin iyul ayında, həmin ilin noyabrın sonunda və dekabrın əvvəlində baş vermiş zəlzələdən sonra və 2002-ci ildə) İsmayılının tarixinə qızıl hərflərlə yazılmışdır. H.Əliyevin sadə zəhmət adamları ilə görüşləri, keçirdiyi müşavirə və yığıncaqlar, verdiyi tövsiyyə və tapşırıqlar rayonun simasının dəyişməsində əsaslı rol oynamışdır. İsmayıllıda zəlzələnin nəticələrini aradan qaldımaq məqsədilə onun təşəbbüsü ilə Sov. İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarı qəbul edilmiş və qərarlar qəbul olunmuş, 2 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Kalinin adına kolxoz Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş və bu mükafat müdrik rəhbər tərəfindən təqdim edilmişdir. H.Əliyev rayonda inşa olunmuş bir sıra obyektlərə baş çəkmiş, İsmayıllı şəhərində "Zəka" kitab evinin açılışında qırmızı lenti kəsmişdir.
H.Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı bütün ölkədə olduğu kimi, İsmayıllının iqtisadiyyatında baş vermiş tənəzzülün qarşısını almış və rayon yeni inkişaf dövrünə qədəm qoymuşdur. Rayonda aqrar islahatların birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılmışdır.
Rayonda 13 məktəbəqədr, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 88 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 1 incəsənət məktəbi fəaliyyət göstərir.
Rayonun əhalisinə 60 kitabxana, 37 mədəniyyət evi və klub, 2 tarix-diyarşünaslıq muzeyi xidmət edir.
Rayonda 515 çarpayılıq 7 xəstəxana, mərkəziuşaq poliklinikaları, 12 həkim ambulatoriyası, əhalinin sağlamlığının keşiyində durur.
İsmayıllıdan 150 nəfər Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış, 2 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.
     
            Əhalinin sayı

Əhalinin ümumi sayı 77899
Şəhər əhalisinin sayı, [%] 20.66
Kənd əhalisinin sayı, [%] 79.34
Ümumi ərazi, [kv.km] 2074.00

               Ərazi

Ümumi ərazi, [kv.km] 2074.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 923.30
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]1150.70
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 471.30
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 316.60
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8.50
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 0.00

Hiç yorum yok:

Yorum Gönder