1 Eylül 2010 Çarşamba

İsmayıllı şəhidləri

              
                Kim şəhid olmuş, bəqamülkündə
                                              Cənnətdir yeri,
       Atəşə düşməz, nədə görməz
                                               əzabi-məhşəri.
 Bunları Allah edib nazil,
                                         yayıb Peyğəmbəri,
Ayeyi Quran ilə dillərdə
                                             əzbərdir şəhid...

 
İllər ötəcək, zaman keçəcək, həyata yeni yeni nəsillər gələcək. Lakin iyirminci əsrin sonuna yaxin yaşadığımız illərdə dücar olduğumuz faciyələrin ağrı-acısı və bu faciələrə mərdliklə sinə gəlib hünər, məharət göstərmiş, Vətən yolunda, Ana torpaq uğrunda özünü şəhid etmiş, öz doğma xalqına əsil sədaqət nümunəsi göstərmiş insanların qəhrəmanlığı, mərdliyi heç zaman unudulmayacaq. Həmişə minnətdarlıq hissi ilə xatırlanacaqdır ki, 1990-cı il “Qara yanvar”ında və 1988-ci ildən başlayan “Qarabağ müharibəsi”ndə həlak olanlar müqəddəs amal naminə,milli mənlik,milli varlıq naminə öz canlarını, qanlarını fəda etməkdən çəkinməmişlər.
Onlar gecəyarı, xayincəsinə Bakı üzərinə yeridilən güclü hərbi qüvvəyə və zirehli texnikaya əliyalın müqavimət göstərəndə də, torpaqlarımızı xaricdən dəstəklənməklə zəbt etmək istəyən erməni təcəvüzkarlarına qarşı ölüm-dirim savaşına gedəndə də öz doğma məmləkətinin müqəddəratını, bu gününü və sabahını düşünmüşlər. Dərk etmişlər ki, şəhidsiz Torpaq, itgisiz Qələbə, qansız İstiqlal olmur. Həm allahtalanın nəzərində, həm xalqın qəlbində belə insanlar ailəşərəfdirlər. Qurani-Kərimdə deyildiyi kimi, şəhidlərin yeri cənnətdir, onlara “öldü” demək qəbahətdir, şəhid ücün ağlamaz və üzülməzlər,çünki “onlar öz Rəbbinin dərgahında diridirlər və əcrə yetişən sayılırlar”
Azərbaycanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da Şəhidlər xiyabanı, kəndlərdəki şəhid məzərları əhalinin ziyarətgahını çevrilmişdir.
Bu səhifədə cavan ömürləri, cəbhə həyatları, qəhrəmanlıqları qısa da olsa əks edilən İsmayıllı şəhidlərinin ruhu bütün Azərbaycan şəhidlərinin ruhu ilə birgə bizi daim vətən məhəbbəti, Millət, Torpaq qeyrəti ilə yaşamağa, birliyimizi, dövlət müstəqilliyimizi hər cür qəstlərdən, təxribatlardan, məkirli iddialardan, cinayətkarlardan.xainlərdən qorumağa çağırır.
Bu səhifə, heç şübhəsiz əzizlərini itirmiş ailələr üçün bir təsəlli, tarix üçün bir yaddaş, şəhidlərin adlarını və əməllərini gələcək nəsillirə çatdiran bir vasitə olacaqdır. ziyarətgahını çevrilmişdir.
Bu səhifədə cavan ömürləri, cəbhə həyatları, qəhrəmanlıqları qısa da olsa əks edilən İsmayıllı şəhidlərinin ruhu bütün Azərbaycan şəhidlərinin ruhu ilə birgə bizi daim vətən məhəbbəti, Millət, Torpaq qeyrəti ilə yaşamağa, birliyimizi, dövlət müstəqilliyimizi hər cür qəstlərdən, təxribatlardan, məkirli iddialardan, cinayətkarlardan.xainlərdən qorumağa çağırır.
Bu səhifə, heç şübhəsiz əzizlərini itirmiş ailələr üçün bir təsəlli, tarix üçün bir yaddaş, şəhidlərin adlarını və əməllərini gələcək nəsillirə çatdiran bir vasitə olacaqdır.

 

                                                          Ruhu oyaqlar
                                                    Elin dərdi-bəlasından,
                                                    Cavanşirin qalasından,
                                                    Qartalların yuvasından,
                                                    Ucalmısız bayraq kimi,
                                                    Siz ey şəhid məzarları.
                                                    Babadağın ayagında,                                                    Əyri çayın qıragında,                                                    Nə yanırsız çıraq kimi,                                                    Siz ey şəhid məzarları!                                                    Ey bizimlə ruhu oyaq,                                                    Daşı mayak şəhidlərım,                                                    Ruhunuzla qoy öyünüm,
                                                    Daşınızda qoy göyərim.
                                                    Gedib çıxdı ölməzliyə
                                                    Neçə igid cavan yolu.
                                                    Sizin şöhrət yolunuzdu,                                                    Sizin cürət yolunuzdu,
                                                               Bu Qarabağ-Şirvan yolu.
                                                    Bir ədalət vuruşunda
                                                    Qaldı ömür, gün yarıda.
                                                    Oğul gərək torpağına,                                                    Qurban gedə gün yarada.                                                    Dogma vətən andınızla
                                                    Siz etdiniz ömrü fəda.
                                                    Can əbədi qalan deyil,                                                    Yenə şöhrət-şan qalacaq.                                                    Sizdən dönənlər gedəcək,
                                                    Sizə qovuşan qalacaq.
                                                    Ey bizimlə ruhu oyaq,
                                                    Daşı mayak şəhidlərim,                                                    Ruhunuzla qoy öyünüm,
                                                    Daşınızda qoy göyərim.
                                                                                           Musa YAQUB
                                                           

                     Azərbaycanın Milli Qəhrəmanı

                                 ABBASOV MEHDİ YUSİF oğlu (1958-1992)
Onun ruhu ailəsinin yaşadığı Ruşandadır. Amma rayondakı Yeniyol kəndində anadan olub. Erməni millətçilərinin təzyiqinə məruz qalan ailəsi 1977-ci ildi Qazaxıstana köçərək Çimkənt vilayətindəki Tülkübas rayonunun Kulan kəndində məsgunlaşmışdı. Hərbi xidməti yerinə yetirdikdən sonra, Qaraqanda şəhərində Pedoqoji İnisititutun ibtidai-hərbi hazirliq və bədən tərbiyəsi fakultəsini bitirmişdi. Kənd məktəblərində müəllimlik edirdi. 1985-ci ildi “SSRİ idman ustasi” adını almışdı. 1989-çu ildə daxili işlər orqanlarında işləməyə başlamışdı. Milis baş leytenantı idi.
1989-cu ildə Qazaxıstan və Özbəkistanda məhsəti türklərinə qarşi törədilən cinayətlər Mehdinin də ailəsini azərbaycana gəlməyə məcbur edir. Onlar İsmayıllı rayonunun Ruşan kəndində məsgunlaşırlar. Mehdi 1991-ci il iyun ayının 28-dən Azərbaycan Respublikası DİN-də işləməyə başlayır. Artıq həmin vaxtlarda ermənilər Azərbaycan torpaqlarını işğal edir, əhalini doğma ocaqlarından çixarır kəndlərimizi xarabalığa çevirirdilər. Mehdi abbasov xalqını sevən bir azərbaycanlı kimi daxili xidmət qoşunları tərkibində vətənin müdafiəsinə qalxır.
Respublikanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi igidlik və şücayətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 5 iyun tarixli fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adi verilmişdir.
Qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
İsmayıllı şəhərindəki küçələrin birinə Mehdi Abbasovun adı verilmişdir. Ruşan kəmdi indi Mehdiabad adlanır.


              
              Azərbaycanın Milli Qəhrəmanı

                          MAHMUDOV ƏRƏSTUN İSPƏNDİ oğlu (1957-1992)

Prəbilqasım kəndində kolxozçu ailəsində anadan olmuşdur hələ orta məktəbdə təhsil alarkən aviasiyaya böyük maraq göstərir, bu barədə çoxlu ədəbiyyat oxuyurdu. Bakıya gedərək aviasiya həvəskarlari olan gənclərin tədbirlərində iştirak edirdi. Orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq Vıborq Texniki Aviasiya Məktəbində oxumağa getmişdi. 1978-ci ildə Bakıda Zabrat Aviasiya Müəssisəsində bort-mexanik vəzifəsində işləyir.
1988-ci ildən “AZAL” aviaşirkətində işləməklə, daim Dağlıq Qarabağa və sərhəd rayonlarına uçuşlar edirdi. Məsul tapşırıqları məharətlə yerinə yetirirdi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşurutu ilə 2 reysdən sonra, üçüncü dəfə səmaya qalxdı. Vəziyyətin nə qədər ağır,təhlükəli olduğunu bilsə də, inanmazdi ki, bir neçə saat sonra televiziya,radio Qarabağdan daha bir aci xəbər çatdıracaq və bu faciə onun da taleyindən yan keçməyəcək. O, ömrünü növbəti uçuşda, Qarabağ səmasında başa vurdu və Bakıda Şəhidlər Xiyabanında, yurdumuzun minlərlə qəhrəmamn oğulları sırasında əbədiyyətə qovuşdu.
Bu dünyada isə bir yığın arzuları, sevdiyi narahat Vətən göyləri, pensiyaçı ata və anası, ömür gün yoldaşı və üç övladı- Mehribanı, Tünzaləsi, Elnuru qaldı. Özü ilə apardığı isə doğma Azərbaycan yolunda şəhid adı, tarixə yazılan Milli Qəhrəman adı oldu!



Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları.


1.Abbasov Hikmət İsbat oğlu (1974-1994)

2.Abbasov Surac Ziyad oğlu (1974-1994)

3.Abbasov Əkrəm Abbas oğlu (1969-1994)

4.Abdullayev Hatiq Yavər oğlu (1970-1994)

5.Abdullayev Xanlar Faiz oğlu (1973-1994)

6.Abdulxalıqav Vaqif Həsən oğlu (1975-1994)

7.Ağayev Şükran Kərəm oğlu (1970-1994)

8.Azayev Sərvər Sani oğlu (1967-1994)

9.Aslanov Ağahüseyn Ağacəfər oğlu (1950-1994)

10.Atakişiyev Rafiq Gülmirzə oğlu (1964-1994)

11.Babayev Zakir Ədil oğlu (1970-1994)

12.Babayev Əhmədağa Şahbaba oğlu (1968-1994)

13.Bağırov Nizami Məlikməmməd oğlu (1967-1994)

14.Bağırov Ağayar Baba oğlu (1974-1995)

15.Bağırov Çingiz Bağır oğlu (1964-1993)

16. Bayramov Elşad Bayram oğlu (1965-1994)

17.Bayramov Qadir Kərim oğlu (1965-19940

18.Belyakov Vasiliy Nikolayeviç (1969-1993)

19.Bədəlov Ruslan Maarif oğlu (1969-1993)

20.Bəkirov Tofiq əvəz oğlu (1970-1994)

21.Bəşirov Revomir Volodya oğlu (1973-1994)

22.Binyətov İlham Güləhməd oğlu (1976-1995)

23.Vahidov Vüqar Nəsrəddin oğlu (1972-19930

24.Qarayev Batır Sovet oğlu (1974-1993)

25.Qarayev Zaman Bağı oğlu (1970-1992)

26.Qasımov İlham Eldar oğlu (1971-1994)

27.Qurbanov Rafiq Ağarza oğlu (1973-1992)

28.Dünyamalıyev Elşad Ənvər oğlu (1973-19940

29.Əzimov Fazil Lətif oğlu (1962-1994)

30.Əzimov Mirzaağa Kamal oğlu (1966-1994)

31.Əkbarov Məsim Paşa oğlu (1968-1993)

32.Əliyarov Vaqif Əhəd oğlu (1973-1994)

33.Əliyev Ayaz İbrahim oğlu (1974-1993)

34.Əliyev Cəlal Gülhüseyin oğlu (1968-19930

35.Əliyev Bəhruz Bədal oğlu (1964-1994)

36.Əmirov Babayar Mirzəcan oğlu (1968-1993)

37.Əmralıyev Çingiz Qəribxan oğlu (1966-1993)

38.Əsədov Həşim Novruz oğlu (1972-1993)

40.Əhmadov Akif Həzrətqulu oğlu (1970-1993)

41.Əhmədov İnqilab Əlihümbət oğlu (1967-1993)

42.Əhmədov Ramiz Əkrəm oğlu (1963-1993)

43.İbrahimov Adil Sabir oğlu (1964-1994)

44.İsmayılov Rafiq Sevfəddin oğlu (1963-1992)

45.İskəndərov Canpolad Ələskər oğlu (1970-1992)

46.Kazımov Tələt Əskər oğlu (1969-1992)

47.Kazımov İsrayıl Şirzad oğlu (1974-1993)

48.Mehdiyev Ziyad Mirzə oğlu (1966-1993)

49.Mədətov Adil Xıdır oğlu (1972-1992)

50.Məmədov İlqar Ərzuman oğlu (1970-1992)

51.Məmmədov Elşad Fəzail oğlu (1963-1992)

52.Məmmədov Qadir Şamil oğlu (1973-1992)

53.Məmmədov Qəşəm Pərviz oğlu (1974-1992)

54.Məmmədov Qərib Mirzəağa oğlu (1974-1993)

55.Məmmədov Aqil Vaqif oğlu (1971-1993)

56.Məmmədov Hatəm Hadir oğlu (1968-1994)

57.Məmmədov Vəkil Hacımurad oğlu (1955-1994)

58.Məmmədov Rəfail Əlisahib oğlu (1970-1993)

59.Məmmədov Baloğlan Əlövsət oğlu (1945-1994)

60.Məmmədov Eldar Səftər oğlu (1966-1994)

61.Məmmədov Haməddin Məmməd oğlu (1961-1994)

62.Mirzəyev Hidayət Əzizi oğlu (1943-1993)

63.Mirzəyev İmran Cəfər oğlu (1972-1994)

64.Mirzəyev Cəfər Bəyi oğlu (1968-1994)

65.Mirzəyev İlham Hümbətəli oğlu (1965-1992)

66.Muradəliyev Coşğun Ətraf oğlu (1972-1994)

67.Mürsəlov Qulam Yaqub oğlu (1968-1994)

68.Mürsəlov Azər Əskər oğlu (1972-1993)

69.Nəbiyev Daşqın Qobustan oğlu (1974-1992)

70.Nəcəfov Rəhman Hacı oğlu (1962-1992)

71.Novruzov Mətləb Cilovxan oğlu (1973-1994)

72.Novruzov Rəmzi Siyavuş oğlu (1971-1992)

73.Nuriyev Şəhriyar Sədulla oğlu (1972-1993)

74.Nuriyev Eldar Dokument oğlu (1971-1993)

72.Orucov Mübariz Fəzail oğlu (1967-1992)

73.Orucov Nazim Dursunalı oğlu (1967-1994)

74.Osmanov Vasif Laçın oğlu (1958-1994)

75.Ocaqov Rəhman Şükür oğlu (1962-1994)

76.Ocaqov İlham Ağaməmməd oğlu (1964-1994)

77.Ömərov Ağəsəf Ağaşirin oğlu (1962-1994)

78.Piriyev Musa Gülbaba oğlu (1969-1993)

79.Ramazanov Arif Kamil oğlu (1968-1992)

80.Salmanov Ramiz Məhəmməd oğlu (1974-1993)

81.Səlimov Valeh Sabir oğlu (1971-1994)

82.Seyfəliyev Şahməmməd Məmməd oğlu (1971-1992)

83.Səmədov Nizami Qoçu oğlu (1957-1992)

84.Süleymanov Sadiq Baladadaş oğlu (1974-1994)

85.Teyyubov Rəşad Hüseynağa oğlu (1976-1995)

86.Fərəcov Cəsarət İsrail oğlu (1975-1994)

87.Xanadanov Taryel Bayram oğlu (1960-1993)

88.Xəlilov Qalib Qədim oğlu (1973-1992)

89.Xəlilov Teymur Ziyad oğlu (1975-1994)

90.Hacıyev Eldar Qədim oğlu (1968-1993)

91.Haciyev Ramiz Əbülfəz oğlu (1963-1994)

92.Hacıyev Tarverdi Ağaverdi oğlu (1969-1994)

93.Heydərov Nadir Heydər oğlu (1973-1994)

94.Heydərov Qurban Qəzənfər oğlu (1968-1993)

95.Heydərov Yanvar Əlizadə oğlu (1974-1993)

96.Həsənov Əflatun Ərzuman oğlu (1963-1994)

97.Həsənov Sabir Məhəmməd oğlu (1971-1994)

98.Həsənov Elburus Şıxı oğlu (1974-1994)

99.Həsənov Ruman İldırım oğlu (1975-1994)

100.Hümbətov Behbut Şirinmirzə oğlu (1970-1994)

101.Hüseynov Fizuli Yusif oğlu (1971-1992)

102.Hüseynov Nizami Aga oğlu (1965-1993)

103.Hüseynov Elçin Füzuli oğlu (1973-1994)

104.Hüseynov Tərlan Soltan oğlu (1966-1994)

105.Hüseynov Əziz Oruc oğlu (1972-1994)

106.Hüseynov Taryel Fazil oğlu (1974-1994)

107.Hüseynov Elxan Məhəmməd oğlu (1968-1995)

108.Hüseynov Arif Fətəli oğlu (1966-1994)

109.Cavadov Qabil Cavad oğlu (1967-1994)

110.Şalbuzov Namiq Əskər oğlu (1973-1993)

111.Şərifov Qadir Sabir oğlu (1969-1993)





                                                        
Ey insanlar!
                                                        Dönə-dönə şəhidləri xatırlayın,
                                                                             igidləri xatırlayın.
                                                       Öz qanıyla qalibiyyət dastanını
                                                                             yazanları xatırlayın.
                                                        Bu torpağı ana kimi qucanları
                                                                                            xatırlayın.
                                                        Ölümüylə əbədiyyət qapısını
                                                                               açanlaı xatırlayın.
                                                        Xatırlayın, xatırlayın,
                                                                         yenə, yenə xatırlayın!

                                                                                           Süleyman RÜSTƏM

Görkəmli şəxslər

1. Hacı Ağadadaş Haqverdiyev (XIX əsr) - milyoner, xeyriyyəçi, Qafan və Gədəbəy miss mədənlərinin sahibkarı, III Dumanın üzvü.2. Ağa Mirabbas Ağa (XIX - XX əsrlər) - din xadimi, Gəncəbasar zonasının şeyxülislamı, 25 il Nəcəf şəhərində dini təhsil almışdır.3. Məşədi Məhəmmədrza Məmmədov (XIX - XX əsrlər) - məşhur el sənətkarı, "Zanbro" topunun müəllifi. Bu topdan ermənilərin Azərbaycana əsrin əvvəlində hücumu zamanı istifadə olunmuşdur.4. Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə (1906-1986) - Azərbaycanın xalq yazıçısı (1979), Azərbaycan sovet romanın banisi.5. Soltan Cəfər oğlu Mehdiyev (1914 - 1986) - akademik, kimya elmləri doktoru, əməkdar elm xadimi, yüksək oktanlı benzinin kəşf edilməsində böyük rolu olmuşdur.6. Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) - Azərbaycan EA-nın müxbir züvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi.7. Əkrəm Cəfər oğlu Cəfərov (Əkrəm Cəfər) (1905-1985) - professor, filologiya elmləri doktoru, əruzşünaslıq məktəbinin görkəmli nümayəndəsi.8. Bahəddin Şahvəddin oğlu Mirzəyev (1914-1988) - Sovet İttifaqı Qəhrəmanı.9. Şamil Mustafa oğlu Piriyev (Aşıq Şamil) (1902-1986) - ustad aşıq.10. Kamal Ağarəzi oğlu Qasımov (1909-1941) - Böyük Vətən Müharibəsi Qəhrəmanı.11. Məmməd Səməd oğlu Bağırov (1922-1997) - İtaliyanın Milli Qəhrəmanı, Qızıl Haribaldi ulduzu kavaleri.12. Manaf Fərəc oğlu Süleymanov (1912-2001) - yazıçı-alim, əməkdar mədəniyyət işçisi.13. Ağa Cəfər oğlu Mehdiyev (1920-2003) - xalq rəssamı.14. Hökumə İsmayıl qızı Sultanova (1909-1981) - dövlət xadimi.15. Ələkbər Seyidməmməd oğlu Əliyev (1907-1962) - hərbi xadim, polkovnik, partizan hərəkatının rəhbərlərindən biri.16. Şövkət Şahbaz qızı Səlimova (1920-1999) - Azərbaycanın ilk qadın gəmi kapitanı, alim.17. Tofiq Kazım oğlu İsmayılov (1933-1991) - Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Katibi.18. Nikolay Vasilyeviç Nikitin (1926-1994) - Sosialist Əməyi Qəhrəmanı, fəxri kənd təsərrüfatı elmləri doktoru. Uzun illər Azərbaycan SSR Ali Sovetinin deputatı olub.19. Nadir Baba oğlu İbrahimov (1933-1977) - məşhur astronom, fizika-riyaziyyat elmləri namizədi, Mars planetində "İbrahimov" krateri onun şərəfinə qoyulub.20. İbrahim Cəfər oğlu İbrahimov (1922-1993) - professor, tarix elmləri doktoru.21. Qəni Mirzəmməd oğlu Qəniyev (1927-1990) - professor, texnika elmləri doktoru.22. Mais Həbib oğlu Cavadov (1929-1992) - Azərbaycan EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar eli xadimi.23. Kazım Mirheydər oğlu İsmayılov (1905-1981) - görkəmli dövlət xadimi polkovnik, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı.24. Ağasəf Əlisahil oğlu Bağırov (1922) - SSRİ Dövlət Mükafatı Laureatı, əməkdar neftçi.25. Siyavuş Əlisəfər oğlu Şirinzadə (1937) - Azərbaycan EA-nın müxbir üzvü, texnika elmləri doktoru, Qubkin adına mükafat laureatı, Vyetnamın ali mükafatı olan "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir.26. Musa Ramazan oğlu Musayev (1927-1998) - professor, kimya elmləri doktoru.27. Rəşid İsmayıl oğlu Mahmudov (1929) - dövlət və mətbuat xadimi, əməkdar jurnalist, Prezident təqaüdçüsü.28. Sarvan Qarakişi oğlu Salmanov (1927) - Sosialist Əməyi Qəhrəmanı, S.Vurğunun "Muğan" poemasının qəhrəmanı.29. Gülüstan Ağəli qızı Həsənova (1925) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.30. Ədhəm İsmayıl oğlu Mahmudov (1934) - professor, geologiya-minerologiya elmləri doktoru.31. Musa Səfiməmməd oğlu Yaqubov (Musa Yaqub) (1937) - tanınmış şair, M.F.Axundov adına ədəbi mükafat laureatı.32. Hikmət İsmayıl oğlu Mahmudov (Hikmət Mahmud) (1937) - professor, geologiya-minerologiya elmləri doktoru, şair.33. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 1999) - yazıçı.34. Əlman Fərman oğlu Qasımov (1936 -1998) - Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı. 35. Aslan Abdulla oğlu Osmanov (1925 - 2002) - Sosialist Əməyi Qəhrəmanı.36. Səfəralı İbrahim oğlu Məmmədov (1930) - Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı.
37.
Məmmədağa  Əlцvsət oğlu Talıbov (1947-1992 ) -  fizika-riyaziyyat elmləri namizədi, dosent.                      38. Yanvar Piralı oğlu Bədəlov (1942) - Şirvan aşıq məktəbinin layiqli davamçılarından biri.

İsmayıllı rayonu

İsmayıllı rayonu 1931-ci ilin noyabr ayının 24-də yaradılmışdır. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş qısa müddətdən   sonra  İsmayıllı kəndinə   köçürülmüşdür.Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi  Göyçay qəzasının, bir   hissəsi   Şamaxı   qəzasının,   kiçik bir  hissəsi    isə Şəki qəzasının tərkibində olub. Rayonun ərazisinin zəngin tarixi keçmişi vardır.Ərazidə olan tarixi abidələr və tarixi keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri bunu təstiq edir.Rayonun ərazisi uzun müddət erazmızdan əvvəl IV əsrin sonu eramızdan əvvəl III əsrin əvvələrində yaranmış Albaniya   dövlətinin   tərkibində  olmuşdur.
VII əsrin əvvəllərində Albaniyanın Girdiman  vilayətində Sabir   türklərinin   nəslindən olan Mehranilər knyazlıqlarını yaratmışlar.Görkəmli dövlət xadimi və sərkərdə olan Cavanşir (642-682) -də bu nəsildən idi.Rayonun ərazisində talıstan kəndində 4 km şimalda,Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur.
  Rayonun ərazisi 2074 kv km-dir. Rayon şimaldan Quba, şərqdən Şamaxı, cənub-şərqdən Ağsu, cənubdan Kürdəmir, cənub-qərbdən Göyçay və qərbdən Qəbələ rayonları ilə həmsərhəddir.
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 106 kənd var. Bu yaşayış məntəqələri 34 ərazi nümayəndəliyi və 67
 bələdiyyə vasitəsilə idarə olunur. Əhalisi 77899 nəfərdir (1 Aprel 2007-ci il). Əhalinin 84,4 %-i azərbaycanlılardan, 15,2 %-i ləzgilərdən, ruslardan və digər xalqların nümayəndələrindən ibarətdir. Rayonun relyefi əsasən dağlıqdır. Yer səthinin hündürlüyü dəniz səviyyəsindən 200 m-dən 3629 m-dək (Babadağ) dəyişir. Ərazidə Göyçay, Girdiman, Axox, Əyriçay, Sulut və s. çaylar, Yekəxana və Aşıqbayram süni sututarları mövcuddur. Rayonun cəmi torpaq fondu 215875 hektar, bundan 22058 hektarı qış, 13555 hektarı yay otlağıdır. Kənd təsərrüfatının istifadəsində olan torpaqlar 96630 hektar, o cümlədən yararlı sahə 36463 hektardır.
Ərazisinin 66799 hektarı meşə örtüyündən ibarətdir. Rayonda İsmayıllı Dövlət Qoruğu fəaliyyət göstərir. Rayon ərazisinin bir hissəsi Şahdağ Milli Parkına daxil edilmişdir.
Rayonun təbiəti çox zəngindir. Meşələri palıd, şabalıdyarpaq palıd, vələs, fısdıq, qızılağac, ağcaqayın, qovaq, quşarmudu, dəndə, cökə və s. ağaclardan ibarətdir. Burada dağkəli, dağkeçisi, köpkər, maral, cüyür, ayı, qaban, vaşaq, tülkü, canavar, dələ, yenot, meşə pişiyi, qırqovul, kəklik, qartal, şahin, tetra, ular və s. heyvan və quşlar geniş yayılmışdır. 
Rayonun bir sıra yaşayış məntəqələri, xüsusilə Lahıc və Basqal qəsəbələri, İvanovka, Qalacıq, Talıstan, Diyallı kəndləri özünün qədim tarixi və əsrarəngiz gözəlliyi ilə fərqlənir. Lahıc və Basqal tarix və mədəniyyət qoruqları elan edilmişdir.
Rayon ərazisində bir çox qədim tarixə malik abidələr var.
Hazırda rayonda turizmin inkişaf etdirilməsi məqsədilə geniş tədbirlər həyata keçirilir.
İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır. İsmayıllı  kənd təsərrüfatında özünəməxsusyeri olan bir rayondur. 1970-ci illərə qədər bütün sahələrdə geridə qalan rayon həmin dövrdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində coşqun inkişaf yolu keçmişdir. Müdrik rəhbərin 3 dəfə rayona gəlməsi (1981-ci ilin iyul ayında, həmin ilin noyabrın sonunda və dekabrın əvvəlində baş vermiş zəlzələdən sonra və 2002-ci ildə) İsmayılının tarixinə qızıl hərflərlə yazılmışdır. H.Əliyevin sadə zəhmət adamları ilə görüşləri, keçirdiyi müşavirə və yığıncaqlar, verdiyi tövsiyyə və tapşırıqlar rayonun simasının dəyişməsində əsaslı rol oynamışdır. İsmayıllıda zəlzələnin nəticələrini aradan qaldımaq məqsədilə onun təşəbbüsü ilə Sov. İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarı qəbul edilmiş və qərarlar qəbul olunmuş, 2 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Kalinin adına kolxoz Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş və bu mükafat müdrik rəhbər tərəfindən təqdim edilmişdir. H.Əliyev rayonda inşa olunmuş bir sıra obyektlərə baş çəkmiş, İsmayıllı şəhərində "Zəka" kitab evinin açılışında qırmızı lenti kəsmişdir.
H.Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı bütün ölkədə olduğu kimi, İsmayıllının iqtisadiyyatında baş vermiş tənəzzülün qarşısını almış və rayon yeni inkişaf dövrünə qədəm qoymuşdur. Rayonda aqrar islahatların birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılmışdır.
Rayonda 13 məktəbəqədr, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 88 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 1 incəsənət məktəbi fəaliyyət göstərir.
Rayonun əhalisinə 60 kitabxana, 37 mədəniyyət evi və klub, 2 tarix-diyarşünaslıq muzeyi xidmət edir.
Rayonda 515 çarpayılıq 7 xəstəxana, mərkəziuşaq poliklinikaları, 12 həkim ambulatoriyası, əhalinin sağlamlığının keşiyində durur.
İsmayıllıdan 150 nəfər Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış, 2 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.
     
            Əhalinin sayı

Əhalinin ümumi sayı 77899
Şəhər əhalisinin sayı, [%] 20.66
Kənd əhalisinin sayı, [%] 79.34
Ümumi ərazi, [kv.km] 2074.00

               Ərazi

Ümumi ərazi, [kv.km] 2074.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 923.30
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]1150.70
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 471.30
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 316.60
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8.50
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 0.00

Kəndlərimiz

Kəndlərimiz

Ağbulaq kəndi rayon mərkəzindən 15 km aralıqda yerləşir. Kəndin bünövrəsi ötən əsrin 30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan Həftəsov kəndindən köç edərək məskən salanlardır. Əsas yoldan 3 km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı xatırlanmır. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur. Kənd XIX əsrin sonlarında həmin tayfaya mənsub ailələrin burada məskunlaşması nəticəsində yaranıb.
Aşağı Zərnava  kəndi Girdiman çayı sahilində, İlandağ silsiləsinin ətəyindədir. Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır.
Aşıqbayramlı kəndi Dəvəbatan çayının  sahilindədir. XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir.
Bağəli kəndi Lahıc turizm zonasında yerləşir. Əhalisi 41 nəfərdir.Kənd əhalisi maldarlıqla bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. “Əlinin bağı” deməkdir.
Balik  kəndi  Baş Qafqaz silsiləsinin ətəyindədir. Toponim qədim türkdilli yazılı abidələrdə qeyd olunmuş “şəhər” mənasında işlədilən balik sözü ilə əlaqədardır. Orta əsr müəlliflərinin əsərlərində balıq tərkibli xeyli toponimlər (Alubalıq, İlanbalıq və s.) qeyd olunmuşdur.
Basqal tarixçilərin fikrincə,  hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü də qala bas, qala qur, ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub - şərqində yerləşən antik və orta əsrə adi abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
Bəhliyan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Toponim tat dilindəki bəhli (gilas) və an (yer) sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.
Bığır
Bilistan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Toponim tat dilindəki bil (sucaq yer, bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (- i birləşdirici şəkilçidir) ibarət olub, “çökəklik (sucaq) yer” mənasındadır.
Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir.
Bizlan kəndi Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində yerləşir. Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, “divarla əhatə olunmuş ev, hasarlı ev” mənasındadır.
Burovdal kəndi rayonun şimal istiqamətində sonuncu kənddir. Kənd Lahıc turizm zonasında,Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 206 nəfərdir. Kənd əhalisi heyvandarlıq bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 12 km yolu piyada ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin içindən keçir. Babadağın ətəyində yerləşir. Yaşayış məntəqəsi yerli əhali arasında Babadərəsi - Pirədərə adlanır. Kənd öz adını eyni dağın adından  almışdır.
Buynuz kəndi  Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır.Kənddən Göyçay çayı boyunca istisu,Çayqovşan Qalacıq kəndlərinə piyada ya atla getmək üçün yol(cığır) vardır.Buynuz dağının ətəyində Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi keçmişdə Qızır və Qərcə kəndlərindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Buynuz dağının adı ilə adlandırılmışdır. Dağın adı isə uzaqdan formasına görə mal buynuzuna oxşaması ilə əlaqədardır.
Çandahar kəndi Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 121 nəfərdir. Kənd əhalisi maldarlıqla bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 9 km yolu piyada ya atla getmək olar.  İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin yanından keçir. Niyaldağ silsiləsinin yamacında yerləşir. Yaşayış məntəqəsi yaxınlığında olan qayanın adı ilə belə adlanmışdır. “Çənli qaya, dumanlı qaya” mənasındadır.
Çayqovuşan  kəndi Qalacıq turizm zonasında,Göyçay çayının sağ sahilində yerləşir.Əhali 138 nəfərdir. Əhali bağçılıq,bostançılıq,taxılçılıq heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.Kənddə yeməkxana çayxana yoxdur. İsmayıllı-Qalacıq daxili turist marşrutu,İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir.Kəndə avtomobillə getmək olar. Baş Qafqaz silsiləsinin ətəyində, Qalacıq çayının (Göyçayın qolu) sol, Başnov çayının sağ sahilində yerləşir. Kənd həmin çayların qovuşduğu sahədə (çayqovuşanda) salındığı üçün belə adlandırılmışdır.
Çərmədil
Cülyan kəndi  Müdri sovetliyində, dağətəyi ərazidə yerləşir. 
Cülyan kəndi Talıstan sovetliyində, dağətəyi ərazidədir. Ehtimal ki, kəndlərin adı XVI əsrdə Qızılbaş tayfa ittifaqına daxil olmuş kürd və lurdilli qulian tayfasının adındandır. Qulian etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır.
Daxar kəndi  Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar “qaya” deməkdir.
Dimitrovka
Diyallı kəndi Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şosse yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Niyaldağ silsiləsinin ətəyində yerləşir. Toponim di ( tatca “iki”) və yal komponentlərindən ibarət olub, “iki yallı yerdə salınan kənd” mənasındadır. Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır. Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir. Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.
Duvaryan kəndi Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 29 nəfərdir. Əhali əsasən heyvandarlıq arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada ya atla getmək olar. Girdiman çayının  hövzəsində, Qabandağın şimal- qərbində yerləşir. Toponim tat  dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini əks etdirir.
Əhən  kəndi Əhən rayon mərkəzindən 39 km Şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) Şimal ətəyində, Lahıc kökəkliyində yerləşir. Əhalisi heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğuldur. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında,Girdiman çayının sol sahilində yerləşir.Kəndin əhalisi 519 nəfərdir.Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir kənddə yeməkxana yoxdur. Kəndə ilboyu avtomobillə getmək olar. Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Lahıc çökəkliyində yerləşir.  Kəndin əhalisi Lahıc kəndindən çıxmış ailələrdən ibarətdir. Əhən tat dilində “dəmir” mənasını bildirir. Kəndin adı onun əhalisinin qədimdən dəmirçiliklə məşğul olması ilə əlaqədardır.
Enişdibi
Ərəkit kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır.Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Niyaldağın ətəyindədir. Toponim tat dilindəki ərə (daş, qaya) və ərəb-fars mənşəli qat (tərəf, yer, səmt) sözlərinin fonetik formalarının birləşməsindən əmələ gəlib, “qaya tərəfi, qayalıq, qaya səmti” mənasını bildirir. Lahıc qəsəbəsində Ərəki adlı məhəllə olduğundan kəndin həmin məhəllədən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranması güman edilir
Əyyubbəyli kəndi  Gənzə yaylasının cənub-qərb ətəyindədir. Keçmişdə nəsil adı ilə Bədəlli də deyilirdi. Həmin nəslə aid ailələr Əyyubbəyli adlı şəxsin rəiyyəti olduğuna görə kənd belə adlanmışdır.
Gendərə kəndi Girdiman çayının sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Gəndov kəndi Lahıcturizm zonasında, “İsmayıllı-Lahıcşossesinin kənarında,  Girdiman çayının sağ sahilində yerləşir.  Kəndin əhalisi 216 nəfərdirƏhali əsasən heyvandarlıq bostançılıqla məşğul olurKənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Girdiman çayının sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Ərəb dilindəki gənisə (atəşpərəstlər məbədi) sözündən təhrifdir. Kənd yaxınlığındakı Gənzədağın adı ilə adlanmışdır. Dağın başında isə qədim məbəd xarabalıqları qalmaqdadır. Keçmişdə rayondakı Ximran və Həftəsov kəndləri yaxınlığında daimi yanar odlar olmuş və əhali tərəfindən sitayiş edilmişdir.
Gəraybəyli kəndi Qaraməryəm tirəsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Müskürlü olmuşdur. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Toponim “gəraybəylilər, gəraybəyligillər” mənasındadır.
Germankhana
Göytəpə kəndi Dağətəyi ərazidədir. Kənd Göytəpə adlı ərazidə salındığı üçün belə adlandırılmışdır.
Güdəyli kəndi  Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür.
Güyüm kəndi Diyallı kəndinin  yaxınlığında yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub
Hacıhətəmli kəndi Dağətəyi ərazidə yerləşir. XIX əsrin əvvəllərində Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı Hətəm bu məntəqənin əsasını qoymuş haputluların başçısının adı olmuşdur. Əvvəllər maldar həyat tərzi keçirmiş hacıhətəmlilər 1846-cı ildə oturaqlaşmış və məntəqə də Hacı Hətəmin adı ilə adlanmışdır.
Hapıtlı kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Mənşəcə Hapıt kəndindən (Quba rayonu) köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Həftəsov  kəndi Lahıc turizm zonasında,  Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 71 nəfərdir.  Kənd əhalisi maldarlıqla bostançılıqla məşğul olurKənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdurKəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada ya atla getmək olar. Girdiman çayının sahilində, Niyaldağ silsiləsinin yamacında yerləşir. Əsl adı Həftəsiyabdır. Bəzən tat dilində həft(yeddi) və sov (dəyirman)  kimi izah edilir. Toponim tat dilindəki həft (yeddi), -ə (birləşdirici sait), sov (əslində siyab, yəni “qara su”) komponentlərindən ibarətdir. “Yeddi qara su mənbəyi, bulağı” mənasındadır. Bu həmin kəndin ərazisindəki eyniadlı mineral bulaqlarla əlaqədardır.
İkinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Yeniyol (indiki Birinci Yeniyol) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci Yeniyol kəndindən fərqləndirmək üçün kəndin adına ikinci sözü əlavə edilmişdir.
İstisu   kəndi Qalacıq turizm zonasında yerləşir.  Əhali 879 nəfərdirƏhali əsasən bağçılıqbostançılıq, taxılçılıq heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.Kəndə avtomobillə getmək olar. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-bələ turist marşrutları kənddən keçir. Kənddə yeməkxana çayxana yoxdur. Dağətəyi ərazidədir. Qalacıq çayının qollarından biri olan İstisu çayının sahilində yerləşdiyinə görə belə adlandırılmışdır.
İvanovka kəndi  İsmayıllı rayonundan, mərkəzdən 12 km Cənub Qərbdə olmaqla Acınohur ön dağlığında yerləşir.  Kənddə çar hökumətinin müxtəlif dini təriqətçiləri (molokan, duxovor, baptist) ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1840-cı illərdə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmələr məskunlaşmışdır. Əsası 1847-cı ildə qoyulmuş İvanovka kəndi  Qafqaza köçürülmüş malakanlardan ibarətdir. Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşin şərəfinə qoyulmuşdur. Onlar çətinliklədə olsa tez bir zamanda özlərinə yurd-yuva qurub qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar. 1930-cı ildə kənddə o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaq görənliyi ilə seçilən Nikolyay Vasilyeviç Nikitinin adını daşıyır. O kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hal hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb, əhalisi təqribən 3029 nəfər təşkil edir.
İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir. Hal hazırda kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.
Kəlbənd kəndi rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Burnovuldağ silsiləsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, toponim ərəb dilindəki (əsli yunancadan - kelya) kələ (zaviyə, sərdabə, məbəd) və tat dilindəki bənd ( kiçik dağ) sözlərindən ibarət olub, “məbəd dağı, məbədi olan dağ” mənasındadır. Ərəb işğalçılarına qədər xristianlığın hakim mövqe tutduğu Albaniyada (Qafqaz) monastr və  kilsələr tikilmişdi. Sonralar yaranmış yaşayış məntəqəsi də dağın adı ilə adlandırılmışdır.
Kələzeyvə kəndi Niyaldağ silsiləsinin ətəyindədir. Toponim tat dilindəki kələ (böyük, baş) sözündən və Zeyvə adından ibarət olub, “böyük Zeyvə kəndi” mənasındadır. Zeyvə isə ərəbcə Zaviyə (hicrə) sözündən təhrifdir.
Kəlfərəc kəndi rayonun «Bədo-basqal»turizm zonasında yerləşir.    Əhalisi 93 nəfərdir.    Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur.    Kənd elektrik enercisi ilə təmin edilir.  Kənddə yeməkxana çayxana yoxdur. Kəndə avtomobillə getmək olar. Niyaldağın yamacındadır. Öz adını oradakı Kəlfərəc dağının adından götürüb. Tam adı Kələfərəc idi. XVIII əsrin sonlarına aid mənbədə də Kələfərəc formasında qeyd olunmuşdur. Digər adı Kələkənddir. Ərəb dilindəki kələ (sərdabə, zaviyə) sözündən və Fərəc şəxs adından ibarət olub, “Fərəcin sərdabəsı” mənasındadır.
Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır.
Keşxurt kəndi dağətəyi ərazidədir. Yerli adı Keşqurtdur. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında Qarabağdan gəlmiş ailələrin Xorsor dağının ətəyindəki Pəribulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim keş (türk dillərindəki “yaşayış yeri” mənasında olan koş) və qurt/qurd (etnonim) sözlərindən ibarət olub, “qurd tayfasına mənsub olanların yaşayış yeri, qurdların kəndi” mənasındadır. Toponimi “dərədə yurd” və “kiçik çay dərəsində kənd” mənalarında yozanlar da var.
Keyvəndi kəndi  Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd keçmişdə Dağıstanın cənubundakı Keyvən kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Keyvən kəndi” mənasındadır.
Kirk kəndi Dağlıq ərazidədir. Keçmişdə rayonun ərazisində Kirk və Kirk Güzəran adlı iki kənd mövcud olmuşdur. Yerli əhali arasında Ləngəbiz dağları Qaş dağları, onun yamacında olan kəndlər isə Qaş kəndləri adlanır. Yaşayış məntəqəsini XVIII əsrin axırlarında Qarabağdan köçüb gəlmiş ailələr salmışdır. Çox güman ki, toponim türk dillərində “dağlıq tərəf” mənasını bildirən  kırka sözü  ilə bağlıdır. Kəndin yerləşdiyi fiziki-coğrafi şərait də bunu təsdiq edir.
Köhnədaxar kəndi “Lahıcturizm zonasında, “İsmayıllı-Lahıcşossesindən 5 km aralıda yerləşir. Kəndin əhalisi 109 nəfərdir.Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Yolun son 5 km-i qış mövsümündə atla ya piyada getmək olar.   Rayondakı Dəhar və Çəndəhar kəndlərindən fərqləndirmək üçün Köhnədəhar adlandırılmışdır. Kəndin adı köhnə (qədim) və tat dilindəki dahar (qaya) sözlərindən ibarət olub, “qədim Dəhar kəndi” mənasındadır.
Külüllü   kəndi dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, əsl  adı Kühüllü olmuşdur. Keçmişdə kühül sözü “yeraltı yaşayış məntəqəsi” mənasında işlədilirdi. Keçmişdə orada kühüllərin mövcud olduğunu göstərir. Kühüllü adlı yerdə yaranmış kənd eyni adlı yerin adını qəbul etmişdir. Başqa bir fikrə görə, kəndin adı külül bitkisinin adındandır. Toponimi Qulu şəxs adı ilə bağlayıb, Qululu formasından təhrif hesab  edənlər də var
Kürd Eldarbəyli  kəndi Göyçayın sahilində, təpəlikdədir. İkinci adı Kürd olub. XIX əsrdə Eldarbəy adlı birisinə mənsub olan və maldarlıqla məşğul olan kürd ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Eldarbəyə mənsub kürdlər” mənasındadır.
Kürdmaşı kəndi  rayon mərkəzindən 18 km Cənub Qərbdə, İsmayıllı-Müsüslü avtomobil yolu kənarında, Burnovuldağ silsiləsinin Cənub ətəyində yerləşir. Əhalisi heyvandarlıq və əkinçilik ilə məşğul olur. Vaxtı ilə kənddə şərab zavodu fəaliyyət göstərirdi. İndi Kürdmaşıda orta məktəb, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi var. Dəvəbatan çayının sahilində, dağətəyi ərazidə yerləşir. XIX əsrə aid mənbələrdə kəndin adı rusca Kurtması formasında qeyd olunmuşdur. Kəndin adı qurd (igid) sözündən və Maşı şəxs adından ibarətdir.
Kürdüvan  Basqal qəsəbəsi yaxınlığında kənddir. Rayon mərkəzindən təqribən 30 km aralıda yerləşir. Əhalisi kənd təsərrüfatı və əkinçilik ilə məşğul olur.Kəndin Cənub Şərqində şəhər xarabalığı aşkar edilmişdir. Geniş sahəni tutan xarabalıqda daş və kərpicdən tikilmiş müxtəlif bina qalıqları var. Buradan müxtəlif əşyalar tapılmışdır. Xarabalıqdan bir qədər aralı qala divarları, habelə son orta əsrlərə aid müxtəlif binaların qalıqları aşkar olunmuşdur. Xarabalığın Cənub Qərbində Basqal çayının yuması nəticəsində əmələ gəlmiş yarğanda 3-4 metr qalınlığında antik dövrə aid mədəni təbəqə və qəbir abidələri aşkar edilmişdir. Oradan da müxtəlif əşyalar tapılmışdır. Tapıntılardan məlum olur ki, Kürdüvan 1 əsrdən son orta əsrlərə qədər yaşayış mövcud olmuşdur. Kürhacı çayının sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir. Keçmiş adı Qasımuşağı olmuşdur.
Lahıc Azərbaycan Respublikasının dilbər guşələrindən biridir.  İsmayıllı rayonunun Lahıc qəsəbəsi ölkənin şimalında , Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505m hündürlükdə yerləşən şəhər tipli qəsəbədir.Qəsəbənin coğrafi mövqeyi və zəngin tarixi,arxitekturası və tarixi abidələri, yerli əhali arasında təşəkkül tapmış sənətkarlıq sahələri və s. bu iyal dağından Lahıcın ümumi görünüşüəkanı Azərbaycan çərçivəsində və bir çox xarici ölkələrdə tanıtdırmışdır. Lahıc Girdiman çayınım sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə ahatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlar yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Lahıc adı yazılı mənbələrdə b.e.-nın IV əsərində yaşamış tarixçilərin əsərlərində xarırlanmasına baxmayaraq müasir dövrdə b.e-dan əvvəl I əsrdə Lahıcda insanların saxsı əşyalar istehsal etdikləri güman edilir. Çox qədim tarixə malik olmasına heç kimdə şübhə doğurmayan Lahıcın qəbristanlıqlarında hal-hazırda da I Keyxosrovun və Bahadırşahın məzar daşları qorunmaqdadır.
Azərbaycan Ərəb xilafəti tərəfindən işğal olunan zamanlar ərəblər qarşı mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın şimal yamacında, yəni Lahıc tərəfdəki yamacda yerləşirdi. Hal-hazırda Niyaldağın Lahıc yamacında Cavanşir hökmranlığının mühafizə obyektlərindən və o günlərin şahidlərindən biri olan Niyal qalasının qalıqları yaşayır. Bu qala qalıqlarının divarları arasından Lahıca təkrar olunmaz bir mənzərə açılır və qalanın yerinin təsadüfən seçilmədiyi anlaşılır.
Lahıcın yaxınlığında yerləşən Fit dağında it qalasının qalıqları yaşamaqdadır. Bu qala sonuncu Şirvan xanı Mustafa xanın yay oylağı olmuşdur. Fit dağından Niyal dağına qədər dağların üstü ilə vaxtı ilə mövcüd olmuş araba yolunun qalıqları da , Niyal qalasından başlayan yeraltı yolun qalıqları da bu yerlərin qedim tarixə malik olmasını bir daha sübut etməkdədir.
Lahıc məhəllərdən ibarət olaraq təşəkkül tapmış və hər məhəllə öz məscidinə, bulağına, hamamına və s. malik olunmuşdur. Hal-hazırda Lahıcda yüzədək yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin Niyal qalasının qalıqları (VII əsr) abidələrdən olan məscidlər(Bədöyun, Zəvəro, Ağolu, Ərəgit məscidləri) XVIII-XIX əsrlərdə, bulaqlar( Ağolu, Zəvəro,Baba bulağı) XIX əsrdə hamamlar(Hacı Cahanbaxş hamamı, Hacı Molla Hüseyn hamamı, Hacı Nürməməd hamamı) XIX əsrdə , 60-dan çox yaşayış evləri, su dəyirmanı,senetkarlıq emalatxanaları, körpülər və s. XVIII-XIX əsrlərdə yerli çay daşından inşa edilmiş və hal-hazırda da təyinatı üzrə istifadə olunur.Lahıcın özəl cəhətlərindən olan və insanların marağını cəlb edən xususiyyətlərindən biri də onun küçə və meydanlarının daş döşəmələri və artıq suların axıdılması üçün çay daşından tikilmiş yeraltı kürəbəndlər (kanalizasiyalar) hal-hazırda da istifadə olunur. Küçə və meydanların,dalanların daş döşəmələri sanitariya cəhətdən əhəmiyyətə malik olmaq eyni zamanda tez-tez yağan gur yağışlar zamanı küçələr sel suları tərəfindən yuyulub dağılmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən bütün qəsəbəni əhatə edir bir sistem yaradılmış və zaman-zaman bu ərazidə yaşamış bütün insanların (ikinci dünya müharibəsindən öncə Lahıcda 18 min nəfər insan yaşamışdır) çirkab maddələrini və artıq suları axıtmaq imkanına malik olmuşdur. Kürəbəndlərin və döşəmələrin təxminən 8 yüz öncə inşa olunduğu güman edilir.
Lahıc şəhərsalmasının və mədəniyyət ən önəmli cəhətlərindən biri də məhəllə meydanlarının mövcud olmasıdır. Adətən hər məscidin qarşısında salınmış meydanlar dini mərasimlərin keçirilməsinə xidmət etməklə yanaşı burada yaşamış insanların bir yerə yığışa bilməsini, bir araya gələ bilməsini, böyük sözü,ağsaqqal sözü, rehber sözü eşidə bilməyə qadir olmasını sübut edir.
Lahıcın dağlıq ərazidə yerləşməsi burada kənd təsərrüfatı üçün münbit şərait yaratmamışdır. Odur ki, burada yaşayan insanlar xalq sənətkarlığı ilə məşğul olmaqla mövcudluqlarını qoruyub saxlaya bilmişlər. Lahıc ustaları xalq sənətkarlığını 40-adək növü ilə məşğul olmuşlar. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların ,çəkmə və çarıq tikənlərin , başmaqçıların, corabtoxuyanların və s. ustaların yaratdıqları maddi-mədəniyyət
nümunələri nəinki Azərbaycanda , İranda , İraqda, Türkiyədə, Orta Asiyada və s.ölkələrdə satılmış və hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
Lahıc haqqında ölkəmizin M.Əfəndiyev, M.Süleymanov, M.N. Məmmədbəyli və s. kimi görkəmli şəxsiyyət və alimləri tərəfindən tədqiqat xarakterli sanballı əsərlərin yazılmasına baxmayaraq Lahıcda hələ də öyrənməli , tədqiq edilməli çox cəhətlər var və Lahıc öz tədqiqatçılarını gözləməkdədir.
Maçaxı kəndi Girdiman çayı sahilində, dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılar toponimi çeçenlərin mıçıqıç tayfasının, yaxud da  massaketlərin adı ilə bağlayırlar. Adın dəqiq mənası  müəyyənləşdirilməmişdir.
Mican kəndi rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolu kənarında Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əkinçilik, tütünçülük və heyvandarlıqla məşğuldur. VAxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub, kitabxana var. Qovdağ silsiləsinin ətəyindədir. Toponim təhrifə uğramışdır. Yaşayış məntəqəsinin adı Mücü (rayonda kənd) sözündən və tat dilindəki cəmlik bildirən - an şəkilçisindən ibarət olub, “mücülülər” mənasındadır. Yaşayış məntəqəsini Mücü kəndindən çıxmış ailələr salmışlar.
Minkə  kəndi Girdiman çayının sahilində, dağlıq ərazidə yerləşir. Bir fikrə görə, kəndin adının tat dilindəki minkə (orta, mərkəz, aralıq) sözündən olması güman edilir. Bir fikrə görə isə qədim türkdilli min (minq) tayfasının adı ilə əlaqədar olub, “minglər”, yaxud “ming yeri” mənasını verir.
Mollaisaqlı  kəndi dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında indiki Quba rayonunun Haput kəndindən gəlmiş Molla İsaq adlı birisinə mənsub ailələrin məskunlaşması nəticəsində və onun adı ilə adlanmışdır.
Mücü  kəndi   rayonun «Bədo-Basqal» turizm zonasında yerləşirKəndin əhalisi 229 nəfərdir.    Kənd əhalisi əsasən heyvandarlıq bostançılıqla məşğul olurlar. Kənd elektrik enercisi ilə təmin edilir.    Kənddə yeməkxana çayxana yoxdur.    Turizm zonasında yerləşən «Xan», «Tiftdağ» «Haram qalalarına gedən daxili turizm marşrutu kəndin yaxınlığından keçir.Kəndə avtomobillə getmək olar. Mücü çayının sahilində Fit dağının yamacında yerləşir. İranın Məhəllə mahalından gəlmələr olduğundan kənd Məhəllə də adlanırdı. Şirvan xanı Mustafa xan (1791-1820-ci illər) Fitdağdakı iqamətgahına köçəndə əhalinin bir qismini dağın ətəyindəki Mücütatar kəndinin ərazisində yerləşdirmiş, lakin onlara əkin yeri verməmişdi. Torpaqsız əhali XIX əsrin 60-70-ci illərində Həftəran vadisinə (indiki Əyriçay vadisi) köçərək Mücühəftəran kəndinin əsasını qoymuşdular. Toponim çox güman ki, ərəb dilindəki mouc (səngər, sədd)  sözündən əmələ gəlmişdir. Kəndin ərazisindən keçmişdə möhkəmləndirilmiş sədd, səngər kimi istifadə olunmuşdur.
Mücühəftəran kəndi dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi XIX əsrin 60-70-ci illərində Mücü kəndindən bir qrup ailənin Həftəran dərəsinə köçərək məskunlaşması nəticəsində yaranmışdır. Toponim “Həftərandakı Mücü kəndi” mənasındadır.
Müdrəsə   kəndi Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 155 nəfərdir. Kənd əhalisi maldarlıqla bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada ya atla eləcədə Namazgah kəndindən Müdrü çayı boyunca 6 km yolu atla ya piyada getmək olar. Baş Qafqaz silsiləsinin ətəyində, Müdri çayının (Girdiman çayının qolu) sahilində yerləşir. Kəndin adı Müdri (çay adı) və tat dilindəki sə (üst, yuxarı, baş) sözlərindən  ibarət olub. “Müdri çayının üstündəki, yuxarısındakı kənd” mənasını verir. Başqa cür fikrə görə isə kəndin adı mədrəsə sözündəndir.
Müdri kəndi Lahıc turizm zonasında,Müdrü çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada ya atla eləcədə Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla ya piyada getmək olar. Bu zonada yerləşən Müdrü,Müdürsə,Pirəğanım Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla ya piyada Aşağı Cülyan kəndinə yol vardır. Dağətəyi ərazidə yerləşir. Kəndin adı Girdiman çayının qolu olan Müdri çayının adındandır.
Mulux  kəndi Girdiman çayının sahilində, dağlıq ərazidə yerləşir. Tam adı Dahar Muluxdur. Mulux qalasının adı ilə ilk dəfə 1053-cü ilə aid mənbədə çəkilir. Dahar Mulux adının mənası məlum deyil.
Müşkəmir kəndi  Lahıcturizm zonasında, “İsmayıllı-Lahıcşossesindən 2 km kənarda yerləşir.   Kəndə son 2 km yolu yayda avtomobillə,qış mövsümündə isə piyada ya atla getmək olar.  Kəndin əhalisi 29 nəfərdir. Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur.  Kənd elektrik enercisi ilə təmin edilirKənddən Zərnava kəndinə Lahıc qəsəbəsinə piyada cığırlar vardır. Dağətəyi ərazidə yerləşir. Toponimi ehtimal şəklində şəxs adı ilə bağlayırlar.
Namazgah kəndiLahıc turizm zonasında, “İsmayıllı-Lahıcşossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 140 nəfərdir.Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur.Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana fəaliyyət göstərir.Kənddən Müdrü çayı boyunca Nanıc, Müdrü, Boğəli, Müdürsə, Pirəğanım kəndlərinə piyada ya at yolu vardır. KənddəNamazgah mineral süfrə suyu istehsal olunur. Girdiman çayı sahilində, dağlıq ərazidə yerləşir. Toponimin hərfi mənası “namaz qılınan yer” deməkdir. Lahıc kəndindən sübhçağı çıxaraq arana gələnlər səhər namazını burada qıldıqlarına görə belə adlanmışdır.
Nanıc  kəndi Lahıc turizm zonasında yerləşir. Əhalisi 125 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada ya atla eləjədə Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu(cığır) vardır.İlin aprel-may aylarında kəndin ərazisində məhşur «Xarı-bülbül» çiçəyinə rast gəlmək olar.  Girdiman çayının sahilində, dağlıq ərazidə yerləşir. Yaşayış məntəqəsi yaxınlığındakı Nanıc dağının adı ilə adlandırılmışdır. Mənası izah edilməmişdir.           
Pirəbülqasım  kəndi rayon mərkəzindən 16 km şərqdə İsmayıllı-Basqal şossesindən 3 km cənubda yerləşir. Əhalisi əsasən heyvandarlıqla məşğuldur. Kənd 50-60 evdən ibarətdir. Kəndin tarixi çox qədimdir. Bunu kənddəki yüksək keyfiyyətli memarlıq üslubunda tikilmiş səkkiz guşəli (Pir) öliya adlanan tikili də təsdiq edir. Bu tikili bir sıra möcüzələrə malikdir. Birincisi tikilinin necə yüksək ustalıqla hazırlanmasını görmək üçün gərək onu yaxından ziyarət edəsən. İkincisi bu tikilinin üç tərəfinin torpağının sürüşüb getməsinə baxmayaraq Pir öz yerində möhkəm dayanıb. Üçüncüsü Pirin içərisində yuxarısının diametri 10 sm-ə bərabər sonradan isə genişlənən bir quyu vardır ki, bu quyunun dərinliyi heç kimə məlum deyil. Beşincisi rəvayətə görə XVII əsrdə tikilmiş Pirin döşəməsi hamar düzbucaqlı daşlarla döşənmişdir ki, bu daşlarında uçaraq quyuya tökülməməsi möcüzədir. Altıncısı döşəmə iki qatdan ibarətdir. Bu qatlar arasında narın toz halında (el içərisində tütyə adlanan) torpağa oxşar qəribə maddə var ki, buranı ziyarət edən insanlar bundan özləri ilə götürürlər. Yeddincisi Pirin içərisində daşdan səliqə ilə düzəldilmiş üzərində yazılar olan bir qəbir və Pirin öz maketi vardır. Səkkizincisi isə bu tikilinin hansı məqsədlərlə qurulmasının səbəbləri hələ də bilinmir. Pir haqqında məlumatlar yalnız rəvayətlərə əsaslanır. Bu möcüzəli Pirin adı Əbilqasım adlanır ki, kəndin adı da elə buradan götürlmüşdür. Bu öliya çox insanlardan yardım əlinin əsirgəməmişdir. Buranı ziyarət edib Ona müraciət edən insanların əksəriyyətinə kömək olmuş və sağlamlıqlarında problem olanlar isə şəfa tapmışlar. Öliyanın tikilisi o qədər maraqlı, cəlbedici və zəhmlidir ki, ziyarətçidə ona qarşı inam oyadır. Elə bu inamla da insanlar dərdlərinə əlac tapırlar.
Pirəqanım kəndi Lahıc turizm zonasında yerləşir. Kəndin əhalisi hal-hazırda 2 nəfərdir. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur.Əhali heyvandarlıqla məşğul olur. Kəndə yay mövsümündə avtomobillə,qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada ya atla getmək olar.
Qalacıq kəndi İsmayıllı rayonundan 25 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi  əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur.   Kənd eyniadlı turizm zonasında yerləşir.Rayonun şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq kəndinin əhalisi 1802 nəfərdir. Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq heyvandarlıq, xalçaçılıqla məşğul olur. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə,3 km-ni isə piyada ya atla getmək olar.Kənd elektrik enercisi ilə təmin edilir.Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il boyu avtomobillə getmək olar. Yaşayış məntəqəsi yaxınlığındakı Qalacıq adlı orta əsrlərə məxsus müdafiə  istehkamının adı ilə adlanmışdır. Həmin  istehkamı XVIII əsrdə Şamaxı xanı Mustafa xanın əmisi Qasım xan bərpa etdiyi üçün Qasımxan qalası da adlanır. Arxeoloji  tədqiqatlar qalanın IX-XIV əsrlərə aid olduğunu göstərir. Yerli əhali qalaya “Səngər yeri” də deyir. Toponim “kiçik qala” mənasındadır. Rayonun ərazisində eyni adlı çay da vardır.
Qalagah  kəndi rayon mərkəzindən 28 km Cənub Qərbdə, Acınohur ön dağlığındadır. Əhalisi taxılçılıq və heyvandarlıqla məşğuldur. Qalagahda orta məktəb, kitabxana, tibb məntəqəsi vardır. Qalagah yaxınlığında 1-5 əsrlərə aid yaşayış yeri mövcud olmuşdur. Arxeoloji qazıntılar zamanı Qalagah yaxınlığında gümüş və qızıl sikkələr tapılmışdır.  Acınohur ön dağlığında yerləşir. Toponim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları yerli əhali içərisində Qız Qalası adlandırılan qədim qalanın adı ilə bağlıdır.
Qalıncaq kəndi rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq,  taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur. Dağətəyi ərazidə yerləşir. Kənd vaxtilə Qalıncaq adlanan sıx meşəli ərazidə salındığına görə belə adlandırılmışdır. Toponim qalın (yəni “sıx”) və - caq (sözdüzəldici şəkilçi) komponentlərindən düzəlib, “sıx meşəli ərazi” mənasındadır.
Qarakolluq   kəndi  Dəvəbatan çayının hövzəsində, Burnovuldağ silsiləsinin ətəyində yerləşir. Toponim qara ( burada “çoxluq” mənasındadır), kol sözlərinin və - luq məkan şəkilçisinin birləşməsindən ibarət olub, “çoxlu kol-kos olan yer, xırda meşəlik, kolluq yer” deməkdir.
Qaraqaya kəndiMərkəziturizm zonasında yerləşir.    Kəndin əhalisi 355 nəfərdir.    Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur.    Kənd elektrik enercisi ilə təmin edilir.Kəndin ərazisindəKələmərcistirahət mərkəzi fəaliyyət göstərir.    Kəndİsmayıllı-Lahıcşossesinin kənarında yerləşir.    Kəndin ərazisində yerləşənQaranohuryeməkxanası ilboyu fəaliyyət göstərir. Girdiman çayının sahilində, Atyaylağı dağının cənub- şərqindədir. Kəndin  yerləşdiyi  yamacın yuxarısında Qaraqaya adlı böyük qaya var. Kəndin adı da həmin qaya ilə əlaqədardır.
Qaravəlli
rçə
Qərsələ kəndi dağətəyi ərazidə yerləşir. Toponim tat dilindəki qərs (əkin, əkin yeri) sözündən və - lə şəkilçisindən ibarət olub, “kiçik əkin yeri” mənasındadır.
Qəzli
Qıçatan  kəndi dağətəyi ərazidə yerləşir. Toponim monqol dilindəki qıçat (hakim üçün səhər yeməyini təşkil edənlərin başçısı) sözündən və fars dilindəki - an cəm şəkilçisindən ibarətdir. Kəndin adı ehtimal  ki, monqol işğalları dövründə (XIII əsr)  bu ərazidə məskunlaşmış qıçatların adındandır.
Qoşakənd  kəndi rayon mərkəzindən 14 km C.Şərqdə Girdiman çayının sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Gənzə yaylasında yerləşir. Toponim “yanaşı iki kənd” mənasındadır. Kənd çox güman ki, keçmişdə yaxınlıqda yerləşən iki müstəqil yaşayış məntəqəsindən ibarət olmuş, sonralar onların tədricən böyüyərək birləşməsi nəticəsində əmələ gəlmişdir.
Qoydan kəndi Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir.Əhalisi 72 nəfərdir.Əhali əsasən heyvandarlıq arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə,qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.  Dağətəyi ərazidə yerləşir. Kuyidan sözünün təhrif olunmuş şəklidir. Toponim tat dilindəki (dağlı) sözündən və cəmlik bildirən - an şəkilçisindən ibarətdir. “Dağlılar” mənasını bildirir.
Qubaxəlilli  kəndi mərkəzdən 33 km Cənubda, Ağsu-Qaraməryəm tirəsinin ətayində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Qəsəbədə məktəb, xəstəxana var. Qəsəbədən 2 km C.Qərbdə Girdiman çayının sağ sahilində e.ə. 3 əsr və eramızın 2-ci əsrinə aid qədim qabiristanlıq var. Arxeoloji tədqiqatlar zamanı müxtəlif əşya və alətlər aşkar edilmişdir.
Qurbanəfəndi  kəndi «Şirinsu-Qız qalası» turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 14- km-,yolun kənarında yerləşir.Kəndin əhalisi 1041 nəfərdir.Kənd işıqla təmin olunur. Kənd əhalisi əkinçilik,maldarlıqla bostançılıqla məşğul olur. Burada yerləşən Şirinsu istirahət zonası il boyu yüksək səviyyədə xidmətə malikdir.Burada 80 nəfərlik Şirinsu turizm kompleksinin tikilməsi nəzərdə tutulub. İsmayıllı-Qalacıq daxili turist marşrutu,İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir. Sığaq çayının sahilində dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi Qurban Əfəndi adlı ruhani bir şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır.
Quşəncə  kəndi rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir.Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Burnovul dağ silsiləsinin yamacındadır. Kəndin adı təhrifə uğramışdır. XIX əsrə aid sənədlərdə Quşçu Yengicə kimi qeyd olunan toponimin birinci tərəfi quşçu etnonimindən ibarətdir. Bunu kəndin yaxınlığında qeydə alınan Quşçudərəsi oronimi də sübut edir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman olunur. VII  əsrdə sarmat tayfaları arasında xuşilərin (quşilərin) də adı çəkilir. Toponimin ikinci tərəfi isə “yeni” mənasında işlədilən yengicə sözündən (tələffüzdə tədricən təhrif olunaraq encə formasına düşmüşdür) ibarətdir. Deməli, etnonim quşçu və yengicə sözlərindən ibarət olub “yeni Quşçu kəndi” mənasını bildirir.
Ruşan(Mehdiabad) kəndi rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. Dağətəyi ərazidə yerləşir. Əvvəllər gəlmə ermənilər yaşayan kənd Ruşan (farsca “dağ keçidi”) adlanırdı. Sonralar Ermənistandan Qazaxıstana qovulmuş, oradan isə buraya pənah gətirmiş azərbaycanlılar məskunlaşdı. Qarabağda şəhid olmuş, milli qəhrəman Mehdi Abbasovun xatirəsinə valideynləri yaşayan kəndə Mehdikənd adı verilib.
Şəbiyan kəndi Girdiman çayının sahilində, dağətəyi düzənlikdə yerləşir. Oykonim fars dilindəki şəb(dərə, cığır)  sözü, -i birləşdirici fonemi və -an cəmlik, məkan bildirən komponentdən ibarət olub, “dərələr, dərə yeri” mənalarını verir. Kənd salındığı ərazinin adını daşıyır
Sədiyan kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Toponim Sədi şəxs adından və -an cəm şəkilçisindən ibarət olub, “sədilər”  mənasındadır.
Sərdahar kəndi Mərkəziturizm zonasında yerləşir.  Girdiman çayının sol sahilində yerləşən kəndin əhalisi 182 nəfərdirƏhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir.  Kənddə yeməkxana çayxana yoxdur. “İsmayıllı-Lahıcdaxili turist marşrutu İsmayıllı-Lahıc-Qubaturist marşrutu kəndin yaxınlığından keçir. Kənddən Tircan kəndinə piyada atla ketmək üçün cığır vardır.Kəndə avtomobillə getmək olar.  Girdiman çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Toponim tat dilindəki sər(baş) və dahar (qaya) sözlərindən ibarət olub, “qaya başı” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.
Sərsurə kəndi  dağətəyi ərazidə yerləşir.  Toponim tat dilindəki sər (baş, üst) və surə (bulaq, mənbə) sözlərindən ibarət olub, “bulaq üstü, bulaq başı” mənasındadır. Kəndin adı ərazisindəki gur sulu bulaqlarla əlaqədardır.
Şirvanmeşə  kəndi   «Şirinsu-Qız qalası» turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 18-ci km-,yoldan 1 m kənarda yerləşir.Əhali 22 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yeməkxana çayxana yoxdur. Göyçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Şirvan meşə kombinatı yanında salındığına görə belə adlandırılmışdır.
Soltankənd  kəndi dəvəbatan çayının sahilində, Acınohur ön dağlığındadır. Toponim Soltan (şəxs adı) və kənd sözlərindən  ibarət olub, “Soltanın kəndi, Soltana məxsus kənd” mənasındadır.
Şükürçü   kəndi Burnovuldağ silsiləsinin (Quşencə yaylasının cənub qərbində) ətəyində yerləşir. Oykonim Şükür (şəxs adı) və - çü komponentlərindən ibarətdir. Ehtimal ki, kəndin ilk sakinlərindən olan Şükürün adı ilə əlaqədar Şükürlü adlanmış, sonra isə təhrif olunaraq Şükürçü kimi tələffüz edilmişdir. 
Sulut kəndi rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldar-lıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. Kənddə Sulut abidələri adlanan, orta əsrlərə aid yaşayış yeri, Buzxana, Cümə Məscidi, Qıjılıq adlı yerdə qala, məqbərə və s. mövcuddur. Ağsu çayının sağ qolu olan Sulut çayının ətrafında Haram qalası, Qırxotaq qəsri, Fitdağ qalası komplek-sləri yerləşir. Qazıntılar zamanı maddi-mədəniyyət nümunələri, o cümlədən müxtəlif əşyalar və 13-15 əsrlərə aid mis və gümüş sikkələr tapılmışdır.Dağətəyi ərazidə yerləşir. Toponim eyni adlı çayın adı ilə bağlıdır. Sulut kəndindən və onun ətrafından orta əsrlərə (xüsusilə XIII - XV yüzilliklərə) aid zəngin maddi mədəniyyət nümunələri tapılmışdır.
Sumağallı  kəndi «Şirinsu-Qız qalası» turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 22- km-, yoldan 1 m kənarda yerləşir.Əhali 793 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət göstərir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları rayon ərazisindən keçən əsas turist marşrutu kəndin içindən eçir.Kəndə yaxın məsafədə «Maydərsi» adlanan yerdə hal-hazırda istirahət mərkəzi tikilməkdədir. Göyçayın sahilində, dağətəyi ərazidə yerləşir. Toponim kəndin yerləşdiyi ərazidə çoxlu sumaq kollarının olması ilə bağlıdır.
Tağlabiyan kəndi Tağlabiyan rayon mərkəzindən 40 km şərqdə Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə məktəb, kitabxana, tibb məntəqəsi vardır.  Kənd rayonun «Bədo-Basqal»turizm zonasında yerləşir.Kəndin əhalisi 242 nəfərdir.  Əhali əsasən heyvandarlıq bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə avtomobillə getmək olar. Niyaldağ silsiləsində yerləşir. Mənbələrdə Taqlabian yazılış formasına da təsadüf olunur. Tədqiqatçıların fikrincə, toponim özündə tağla (Azərbaycanın qədim təklə tayfasının adının tələffüzdə təhrif edilmiş forması) və biyan (bitki adından) ibarətdir. Biyan sözünün bəzi şivələrdə “çöl” mənası da var.
Talış  kəndi dağətəyi ərazidə yerləşir. Qızılbaş tayfa ittifaqında yeganə irandilli tayfa olan talışlar Səfəvilərin hakimiyyətə gəlməsində və Səfəvilərin dövlətinin möhkəmləndirilməsində müəyyən rol oynamışlar. Bu xidmətlərinə görə Səfəvi hökmdarları sonralar onlara Azərbaycanın ayrı-ayrı yerlərində “ölkə” adı ilə müəyyən ərazilər vermişdilər. Talış, Talışlar, Talışmuru yaşayış məntəqələrinin adı talış etnonimi ilə əlaqədardır.
Talıstan kəndi rayon mərkəzindən 14 km C.Şərqdə Girdiman çayının sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur.Şirəxanı dağı ətəyində yerləşir. Toponim qismən təhrifə uğramışdır. Bəzi tədqiqatçılara görə, tala (meşədə açıq sahə) və İran dillərindəki stan (yer, məkan) sözlərindən ibarət olub, “tala olan yer, tala yeri, talalı sahə” mənasındadır. Rayonun ərazisində eyniadlı çay da var
Təzəkənd  kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş-yavaş  məskən salmaq üçün köç edib bu kəndə. Öncə kənd ərazisinin  aşağı hissəsində Qazmalar deyilən(indi camaat ora Heyvalıq deyir) yeri yaşamaq üçün seçiblər.  Əhali əsasən Həftəsov, Müdri, Müdürsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s.  kimi kəndlərdən gəlmələrdir. Bakı-İsmayıllı  yolu üzərində, Girdiman cayının yaxınlığında yerləşir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır. Yerli əhali istirahət üçün "Suyun gözü" deyilən yeri əlverişli yer hesab eləyir. Kənddə tibb məntəqəsi,  on bir illik məktəb, poct məntəqəsi  və bu yaxınlarda inşa edilmiş məscid fəaliyyət göstərir.  İlkin adı Musakənd olub deyirlər. Müxtəlif kəndlərdən gəlmiş əhali burada məskunlaşdıqdan sonra kənd belə adlanmışdır.
Tircan  kəndi İsmayıllı rayonun mərkəzindən 23 km cənub şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında dağ ətəyində yerləşir. Əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur.Mədəniyyət evi, orta məktəb, tibb məntəqəsi var. Kəndin cənubunda antik dövrə aid qəbiristanlıq aşkar edilmişdir. Qədim Albanlara məxsus olan bu abidə e.ə. 1-ci minilliyin sonuna təsadüf edir. Oradan müxtəlif saxsı qablar, dəmirdən hazırlanmış əmək alətləri. silah nümünələri və s. tapılmışdır. Tircandan 3-4 km cənub şərqdə orta əsrlərə aid yaşayış məskəninin xarabalıqları yerləşir. Buradan 8-13 əsrlərə aid müxtəlif əşyalar aşkar edilımişdir. Tapıntılardan o da məlum olmuşdur ki, Tircan ərazisinin hələ e.ə. 1-ci minilliyin yarısından məskunlaşdığını ğöstərir. Bəzi tədqiqatçılara görə toponim monqol dilindəki tərqən (alaçıq düzəldənlərin başçısı, keçmişdə saraylarda vəzifə) sözünün təhrif olunmuş formasıdır.
Topçu kəndi rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir.Əhalisi 1403 nəfərdir. Kənd işıqla təmin olunur. Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.  Əsl adı Topiçi olub. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən top(meşə) və içi (içərisi, daxili) komponentlərindən yaranıb, “meşənin içərisində salınmış kənd” mənasını verir. Kənd həqiqətən meşə içərisindəki talada salınmışdır və onun ətrafında indi də Alaşöz topu, Çayqırağı topu adlı meşə sahələri vardır.
Tubikənd kəndi Quruçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim bəzi mənbələrdə Tubakənd kimi qeyd olunmuşdur. Kəndin yaxınlığında eyniadlı çay da var. Tədqiqatçılara görə, tuba komponenti erkən orta əsrlərdə Qərbi Türk xaqanlığının tərkibində olmuş  teleslərin toba/tuba tayfasının adı ilə əlaqədardır. V əsrdə tele tayfa ittifaqına daxil olan tubalar çox güman ki, qıpçaqların tərkibində Azərbaycanda məskunlaşıblar. Şimali Altayda tublar adlı etnik qrup mövcuddur. Volqaboyu tatarlar və qırğızlar arasında da tuba etnonimi qeydə alınmışdır.
Uştal kəndi Acınohur ön dağlığındadır. Toponim çox güman ki, Azərbaycan dilindəki Üçtala sözünün təhrif olunmuş variantıdır; üç (say bilidirir) və tala (açıq yer, düzən) sözlərindən ibarətdir. Sonralar bir müddət gəlmə erməni ailələri orada məskunlaşdıqdan sonra Uçtal formasına düşmüşdür.
Uştalqışlaq  kəndi Acınohur ön dağlığındadır. Toponim Uştal (kənd adı) və qışlaq komponentlərindən ibarət olub, “Uştal kəndinin qışlağı, uştallılara məxsus qışlaq” mənasındadır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilən Uştalqışlaq keçmişdə uştallıların qışlaq yeri olmuşdur.
Valasin
Varna   kəndi Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Əsl adı Vornədir. Yaşayış məntəqəsi XIX əsrdə Həftəsov kəndindən gəlmiş ailələr Vornə (Varna) dərəsində məskən saldığına görə belə adlanmışdır. Lahıc dilində vornə “küləksiz” mənasındadır (var - külək, nə- inkar bildirən şəkilçidir). Rayonun ərazisində eyni adlı çay, göl və mineral bulaq da var.
Vaşa  kəndi «Lahıc» turizm zonasında yerləşir. Ümumi əhalisi 165 nəfərdir. Əhali maldarlıqla bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5-8 km yolu piyada ya atla getmək olar.Girdiman çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid rusdilli sənədlərin birində yaşayış məntəqəsi Veşa kimi göstərilmişdir. Kəndin adı əslində tat dilindəki veşə (meşə) sözü ilə bağlıdır.
Vələsli
Vəng   kəndi Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Toponim “kilsə, məbəd” mənasındadır. Vaxtilə bu ərazidə yaşayan qədim albanlar xristianlığı qəbul etmişlər. Kəndin ərazisində qədim kilsə xarabalıqları var. Ümumiyyətlə, respublika ərazisində mövcud olan xristian məbədlərinin təriqət mənsubluğundan asılı olmayaraq azərbaycanlılar vəng adlandırırlar.
Xanəgah kəndi Ax-Ox çayının sol sahilində, İsmayıllı- Qəbələ şossesinin 7-ci km-,yolun kənarında yerləşir. Əhalisi 521 nəfərdir.Əhali heyvandarlıq əkinçiliklə məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Qədim «Qız qalası»Xanagah kəndinin ərazisində yerləşir. Burada yerləşən Qız qalası istirahət zonası il boyu yüksək səviyyədə xidmətə malikdir.İsmayıllı-Qız qalası daxili turist marşrutu,İsmayıllı-Qalacıq-Quba İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları rayon ərazisindən keçən əsas turist marşrutu Xanagah kəndindən keçir. Kəndin adı əvvəl orada mövcud olmuş ibadətgahın adı ilə əlaqədardır. Xanəgah (ziyarətgah, pir və müqəddəs qəbir ətrafında tikililər, zəvvarlara məxsus tikili qrupu) sözündəndir.  Xanəgah, ümumiyyətlə, “dərvişlərin məskəni” mənasındadır. Xanəcahlar müqəddəs yerlərin üstündə tikilirdi.
Xankəndi kəndi Xankəndi çayının sahilində, dağətəyi ərazidə yerləşir. Toponim xan və kənd sözlərindən ibarət olub, “xana məxsus kənd” mənasındadır. Keçmişdə Şirvan xanı Mustafa xana (1790/91-1826-cı illər) məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Xəlilli  kəndi Girdiman çayının sahilində. dağətəyi düzənlikdə yerləşir. Tam adı Xəlillli Qasımbəydir. Kənd xəlilli tayfasından Qasım bəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Xəlillilər keçmişdə Şirvan zonasında yaranmış ellərdən birinin adıdır. Xəlillilər mənşəcə XIII əsrdə Qərbi Türküstandan köçürülmüşlər.
Ximran kəndi Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir.Kəndə yay mövsümündə avtomobillə getmək olar.Kənddə yeməkxana çayxana yoxdur. Niyaldağ silsiləsinin yamacındadır. Yerli əhali Xumrun adlandırır. Keçmişdə həm də Ximran Zəngi adlanmışdır. Bu, kəndin Zəngi çayının sahilində yerləşməsi ilə bağlıdır. Yaşayış məntəqəsini mənşəcə Əhən kəndindən çıxmış ailələr salmışlar. Ximrun tat dilindəki xəm (uçqun, çökək) sözü və məkan  bildirən - run şəkilçisindən ibarət olub, “çökəklik” mənasındadır. Kəndin coğrafi mövqeyi də adın mənasına uyğundur. Kənd Kələgöz dərəsinin sol tərəfində, dağlıq ərazidə yerləşir.
Yuxarı Bugur
Zangi
Zarat  kəndi Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 35 nəfərdir. Kənd əhalisi heyvandarlıq, bostançılıq arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir.  Kənddə yeməkxana çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Xeybər-Tarat kəndinə piyada yol vardır.
Zərgəran  kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Toponim zərgər (zinət şeyləri hazırlayan sənətkar) sözündən və cəmlik bildirən - an şəkilçisindən ibarət olub, “zərgərlər” mənasındadır. Yaşayış məntəqəsini həqiqətən də keçmişdə Lahıc nahiyəsində zərgərliklə məşğul olmuş ailələr salmışdır. Rayonun ərazisində eyniadlı mineral bulaq da var.
Zərnava  kəndiLahıcturizm zonasında yerləşirKəndin əhalisi 601 nəfərdirƏhali əsasən heyvandarlıq, bostançılıq arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir.Kənddə yeməkxana çayxana yoxdur.  Yay mövsümündə kəndə avtomobillə,qış mövsümündə isə yolun son 8 km-ni atla ya piyada getmək lazımdır.  Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan asma körpüdən istifadə edə bilərlər. Girdiman çayı sahilində, İlandağ silsiləsinin ətəyindədir. Kənd ərazisindəki Zərnova mineral bulağının adı ilə adlanmışdır.
Zeyvə kəndi Basqal qəsəbəsi yaxınlığında kənddir. Rayon mərkəzindən 35 km Şərqdə, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir.Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. Kənddə məktəb fəaliyyət göstərir. Qədim memarlıq abidələrindən 19 əsrə aid səkkizbucaqlı türbə mövcuddur. Baş Qafqaz yaylasındadır. Zeyvə ərəb dilindəki zaviyə sözü ilə eyni köklüdür və “hücrə”, “ibadətgah”, “künc”, “bucaq”, “guşə” mənalarında işlədilir. Müəyyən dövrlərdə, o cümlədən Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab olunurdu. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətdə keçirən ruhanilər, tərkidünyalar (onlar zaviyənişin, inzivanişin adlanırdılar) üçün salınmış məntəqələr idi.
Zoğallıq  kəndi Dəvəbatan çayının sahilində, dağ silsiləsinin yamacındadır. Kənd zoğallıq (zoğal ağacları bol olan sahə) ərazidə salındığı üçün belə adlandırılmışdır